27 C
Baku
7 Sentyabr 2025, 12:53
İdman

“Qarabağ”ın Belçikaya səfər proqramı açıqlandı

Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında “Gent”in olacaq “Qarabağ” fevralın 21-də Belçikaya yollanacaq. Matc.az xəbər verir ki, komandanı Gentə aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

 

Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında “Gent”in olacaq “Qarabağ” fevralın 21-də Belçikaya yollanacaq. Bugun.tv xəbər verir ki, komandanı Gentə aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
Fevralın 22-də saat 18:30-da (Bakı vaxtı ilə 21:30) komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 19:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi “KAA Gent” stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
Mühüm əhəmiyyət kəsb edən qarşılaşmada klubun prezidenti Tahir Gözel də komandanın yanında olacaq.
“Gent” – “Qarabağ” oyunu fevralın 23-dən 24-nə keçən gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk matçda Ağdam təmsilçisi qələbə qazanıb.
Nigar Məmmədova

Oxşar xəbərlər

Türkiyə kubokunun tarixləri açıqlandı

Bugün TV

Milan Skrinyar “PSJ”yə keçməsindən danışdı

Bugün TV

Ronaldo “Əl-Nəsr”də ilk oyununa çıxdı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu