9 C
Baku
13 Dekabr 2024, 7:54
Baş xəbərMədəniyyət

“Qarabağın inciləri”- nin qalibləri məlum oldu

Bugun.tv xəbər verir ki, Qarabağ Dirçəliş Fondu tərəfindən keçirilən işğaldan azad olunan ərazilərimizdəki mədəni-tarixi abidələrimizin təsvirlərindən ibarət “Qarabağ inciləri” pazl yarışmasına yekun vurulub.

Belə ki, iştirakçılar aprelin 8-dən başlayaraq xüsusi olaraq hazırlanan və rəmzi məna daşıyan “Qarabağın inciləri” pazl oyununda Qarabağın möhtəşəm abidələrini – Zöhrabbəyovların Şuşadakı evi, Ağdam Çörək Muzeyi, Ağdam Cümə Məscidi, Pənahəli xanın sarayı (İmarət), Qarğabazar karvansarası, Şuşa qalası, Ağdam Çay Evi, Molla Pənah Vaqifin türbəsi və Ağdam Dram Teatrının binasını virtual olaraq bərpa etmək üçün yarışıblar.

Yarışın yekununda ən çox xal toplayan 10 nəfər – Məfkurə Həsənova, Fidan Əsədli, İsa Məmmədov, Ruhiyyə Rəhimova, Məhəmməd Bağışov, Əli Bağışov, Günel Babaşova, Fariz Hüseynli, Aygün Eyyubova və Ləman Əlizadə qalib seçilib.

Qaliblərə Qarabağ Dirçəliş Fondu tərəfindən hazırlanan “Incredible Karabakh” kolleksiyasından t-shirt hədiyyə olunub.

Qarabağın özəlliyini, ona xas mədəniyyət incilərini təşviq etmək niyyəti ilə hazırlanan “Incredible Karabakh” kolleksiyasından olan t-shirtlərin üzərində Qarabağın ayrı-ayrı bölgələrinə xas olan simvollar – Vətən müharibəsində qələbəmizin rəmzinə çevrilən Xarı-bülbül, möhtəşəm Şuşa və Əsgəran qalaları, məğrurluq və cəsarətlilik simvolu sayılan Laçın quşu, Kəlbəcərin əzəmətli dağları, şöhrəti dünyaya yayılmış Qarabağ atı, görkəmli şair və filosofumuz Füzuli, xalqımızın milli sərvəti olan Xudafərin və Laləzar körpüləri, Zəngilanın məşhur Çinar ağacı, Xankəndinin əsasını qoyan İbrahimxəlil xan, qədim yaşayış düşərgəsi olan Azıx mağarası kimi rəmzlərimiz təsvir olunub.

Qeyd edək ki, “Qarabağın inciləri” pazl oyununun yaradılmasında da məqsəd ictimaiyyətin diqqətini Qarabağda ermənilər tərəfindən tarixi abidələrimizin dağıdılmasına yönəltməkdir.

Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu “Qarabağ inciləri” pazl oyununu ilk dəfə keçən ilin 19-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (Rebuild Karabakh 2022) sərgisində təqdim edib.

Sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Gəlin, Qarabağı birlikdə daha gözəl bərpa edək!

Aynur Camal

Oxşar xəbərlər

Nəhayət ki, Paşinyan Ermənistanın Rusiyanı bezdirdiyini etiraf etdi

Nigar Məmmədova

Ağrıda qanunsuz yanacaq və siqaret ələ keçirilib: 6 nəfər saxlanıldı

Bugün TV

“Mahir Muradov Kuboku” uğrunda konkur yarışları keçirilib – FOTO / VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu