Dünyaİdman

“Qarabağ”ın maraqlandığı futbolçu transferə çıxarıldı

“Qarabağ”ın transfer gündəmində olan Frank Boli klubu “Ferensvaroş” tərəfindən transferə çıxarılıb.

Bugun.tv xəbər verir ki, bunu Macarıstan təmsilçisinin idman direktoru Tamaş Haynal açıqlayıb.

Klub rəsmisinin sözlərinə görə, rəhbərlik Fil Dişi Sahili millisinin üzvü üçün rəsmi təklif gözləyir. 30 yaşlı forvard özü zədə səbəbindən hazırda kollektivdən ayrı düşüb. Boli uğrunda “Qarabağ” və Türkiyə klubu “Qaziantep” mübarizə aparır.

Qeyd edək ki, Frank Bolinin “Ferensvaroş”la müqavilə müddəti mövsümün sonuna qədərdir.

 

Bugün TV

Oxşar xəbərlər

“Kirayə nəvə” xidməti yayılmağa başlayıb: yaşlılara yoldaşlıq etmək üçün pul ödəyirlər

Aynur Camal

Bu gün Türkiyədə COP31 iqlim sammitiişə başlayır

Aynur Camal

“Hindistan 12 il ərzində 496 milyon insanı yoxsulluqdan çıxarıb”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu