9 C
Baku
27 Dekabr 2024, 2:41
Baş xəbərSiyasət

Qaradəniz taxıl koridorunda gərginlik artdı

Bugun.tv xəbər verir ki, Qaradəniz taxıl koridorunun fəaliyyətinin davamı üçün Rusiya əlavə şərtlər irəli sürür.

Bu barədə politolq Aqil Məmmədov mövzu ilə bağlı şərhində bildirib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra iki ölkənin danışıb və razılaşdığı yeganə məsələ Ukraynada buğdasının dəniz yolu ilə daşınmasına şərait yaradan və Qaradəniz taxıl koridoru adlandırılan dəhlizin açılması olub.

“Bu koridorun açılması üçün BMT və Türkiyə ciddi diplomatik səy göstərdilər. Hal-hazırda koridor vasitəsi ilə Ukraynadan buğda dünya ölkələrinə daşınır. Bu koridorun açılması nəticəsində müharibədən sonra taxıl bazarında atan gərginliyi azaltmağa imkan verdi. İlin əvvəlindən etibarən isə yenidən bir gərginlik müşahidə edilməkdədir. Ukrayna və tərəfdaşları koridorun fəaliyyət müddətinin əlavə şərtsiz uzadılmasının tərəfdarıdır, ancaq Rusiya əlavə şərtlər irəli sürür və 2023 biçininə doğru yenidən hərarəti artırır.

İki ölkə arasında taxıl dialoqunun dünya tərəfindən həyacanla izlənməsinin əsas səbəbi onların dünyada əsas istehsalçı və ixracatçı ölkə olmalarıdır. İxrac reytinqində Rusiya -1, Ukrayna -5-ci sıradadır və ikisi birlikdə toplam ixracın 30%-ni həyata keçirirlər.Paralel olaraq Rusiya gübrə istehsalı və ixracında aparıcı mövqeyə sahibdir. Koridorun yaradılması ilə bağlı razılaşma çərçivəsində 28.9 mln ton buğda bazara çıxarılıb. Məlumata görə toplam həcmin yalnız 11% və ya 3.1 mln tonu az gəlirli ölkələrə həyata keçirilib. Covid19 bağlı vaksinasiyada olduğu kimi taxılında böyük hissəni zəngin ölkələr əldə edib və rezervlərini artırıb. Məlumata əsasən Avropa Birliyi ölkələri idxalı 14 dəfə artırıblar.

Taxıl koridoru ilə bağlı müddət uzadılması üçün Rusiyanın müəyyən şərtləri var. Düzdü qərb sanskiyaları Rusiyanın kənd təssərüfatı məhsullarına tətbiq edilmir, ancaq bu məhsulların ixracı üçün tələb olunan gəmilər və limanlar sanksiya rejimi altındadır. Bu isə ixraca mənfi təsir etməklə yanaşı, gəlirlərin azalmasına səbəb olur. Ruslar təzyiqi artıraraq sanskiya rejiminin yumşaldılmasına nail olmaq istəyirlər.

Yeni məhsul ilində koridorun fəaliyyəti dayandırılarsa bu qida təhlükəsizliyi ilə bağlı gərginliyin artmasına səbəb olacaq. Ən çox əziyyət çəkən az gəlirli ölkələr olacaq. Az gəlirli ölkələrin milli valyutalarının dəyərdən düşməsi və bazarda sərbəst məhsula çıxışın çətin olması onların üzərinə əlavə təzyiq formalaşdırır.

Onsuzda son 1 il ərzində Ukraynada aqrar sektor ən çox ziyan çəkən sahələrdəndir. Bir çox əkinə yararlı torpaqların 2022-2023-cü məhsul ilində əkilməməsi, bəzi ərazilərdə torpaqların mina və bombalarla çirklənməsi əkin və biçini çətinləşdirib və yaxud mümkünsüz edib. Ardından ixrac nəfəsliyi rolunu oynayan koridorun bağlanması 2023-2024-cü məhsul ilində gərginliyi artıracaq. Bir çox fermer əkməkdən vaz keçə və əlindəki sərbəst vəsaiti başqa sektorlara yönəldə bilər. Bunun təsiri ilə məhsul qıtlığı yarana və qiymətlərin daha sürətlə artmasına təsir edəcək.

Azərbaycanda vəziyyət necədir ?

Kənd Təssərüfatı Nazirliyinin 23 yanvar 2023-cü il məlumatına əsasən Azərbaycanda 2022-2023-cü məhsul ilində 1 milyon 44 min 660 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Dən üçün payızlıq əkinlərin sahəsi 2021-2022-ci təsərrüfat ili ilə müqayisədə 2,8% çoxdur. Payızlıq taxıl əkinlərinin 649,2 min hektarını buğda, 395,3 min hektarını arpa əkinləri, 160 hektarını çovdar əkinləri təşki edir. 2021-2022-ci təsərrüfatı ili ilə müqayisədə ölkədə buğda əkinlərinin sahəsi 7,8% artıb.

Eyni zamanda hökümət həm taxıl ehtiyyatlarının artırılması və bu sahədə fəaliyyətin təkminləşdirilməsi, eyni zamanda idxal rüsumlarına güzəştlər tətbiq etməklə bazarda qiymət sabitliyinin qorunub saxlanılmasına dəstək göstərir”.

Aynur Camal

Oxşar xəbərlər

Soba partladı: 1 ölü, 2 yaralı

Aynur Camal

Gmail fırıldaqçılıq üsulu aşkar edildi: Etməli olduğunuz şey nədir?

Aynur Camal

890 qeyri-qanuni mühacir tutuldu

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu