19 C
Baku
8 Sentyabr 2024, 3:46
Sosial

Qaranlıqda monitora baxmaq təhlükəlidir! – HƏKİM AÇIQLAMASI

Dünya tədqiqatçıları 40 yaşa qədər 131 min nəfərin televizor qarşısında keçirdiyi vaxtı və sağlamlıq vəziyyətini müqayisə edib. Alimlər müəyyən edib ki, ən rekord hal, televizor qarşısında 12 saat vaxt keçirənlərdir. İnsana elə gəlir ki, qaranlıqda ekrana baxmaq daha rahatdır, göz yorulmur. Həkimlərsə bunun əksini deyir. Belə ki, kompyuter, telefon və televizora qaranlıqda yox, ən azı yarımqaranlıq otaqda baxmağı tövsiyə edirlər.

Oftalmoloq Aynurə Əliyeva Bugun.tv-yə müsahibəsində bildirir ki, qaranlıqda müxtəlif monitor texnikaya baxmaq gözə, orqanizmə əks təsir edir. Ancaq bu rəqəmsal cihazlardan düzgün istifadə etməklə problemin qarşısını almaq olar. “Sutka ərzində 24 saatdan cəmi 4 saat monitor texnikaya icazə verilir. Ən əsası isə qaranlıqda deyil, ümumi işıq fonunda. Bu cihazlardan düzgün istifadə etmək – monitordan uzaq durmaq, yaxud onu gözdən biraz aşağı səviyyədə saxlamaqla, gözlə istifadə elədiyiniz monitor-ekran arasında ən azı 30 sm məsafə saxlamaq lazımdır”.

Oftalmoloqun sözlərinə görə, işığı söndürülmüş otaqda televizora baxmaq gözlərdə ciddi xəstəliklərə səbəb ola bilər. Bundan başqa  korluğa gətirib çıxardan yaşabağlı makula distrofiyaya meyilli olan adamlarda xəstəliyin inkişaf sürətinə təsir edir. Eləcə də daxili təzyiqi yüksəldir, bu da görmə qabiliyyətinin zəifləməsinə gətirib çıxardır. “Bu məqsədlə gözü qorumaq, orqanizmə olan bu ziyanların qarşısını almaq məqsədi ilə cihazlardan gecə istifadə etmək arzuolunmazdır. Bəzi adamlar gecə yatmazdan əvvəl bir kinoya baxsa, yəni monitordan istifadə etsə bu onda yuxu pozğunluğu yaradar. Amerikada aparılan müşahidələr göstərir ki, 5 il müddətində uzanan yerdə qaranlıqda ekran monitorindən istifadə edən şəxslərdə 5 ildən sonra astiqmatizm xəstəliyi meydana gəlir”,- A.Əliyeva.

Yuxudan bir saat, yaxud saat yarım əvvəl də ekrandan istifadə düzgün deyil. Deyilənlərə əməl etsək, həm göz quruluğunun və yorğunluğunun qarşısını ala, həm də sağlam yuxuya sahib ola bilərik.

Kəmalə Sultan

Oxşar xəbərlər

TikToka daha bir zərbə

Nigar Məmmədova

“Azərişıq” əməkdaşları 24 saat fəaliyyətdədir

Bugün TV

Gələn ildən yeni Metrostansiya istifadəyə veriləcək….

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu