Bugun.tv xəbər verir ki, “Replay media” 44 günlük Vətən müharibəsi zamanı 1-ci mexanikləşdirilmiş tank taborunun Füzuli rayonunun Qaraxanbəyli kəndini azad etməsi haqqında “Qaraxanbəyli döyüşü” adlı sənədli filmi təqdim edib. Bu barədə tanınmış jurnalist Yeganə Telmanqızı məlumat verib.
Onunu sözlərinə görə, 27 sentyabrda başlanan Vətən müharibəsində əsas zərbə istiqaməti Füzuli rayonu olub. İlk əməliyyatlardan biri də elə rayonun Qaraxanbəyli kəndində şəhid komutan Həmdəm Ağayev və qazi komutan Elçin Allahverdiyevin 1-ci taboru tərəfindən keçirilirdi. “Beləliklə, Azərbaycanın hərb tarixində ən qanlı savaşlardan olan Qaraxanbəyli döyüşünün adı həkk olundu. 34 şəhidi və 117 qazisi olan 1-ci mexanikləşdirilmiş tank taboru, itkilərə baxmayaraq, Azərbaycan Ordusunun şücaətini bütün dünyaya göstərə bildi. “Replay media” nın təşkilatçılığı ilə hazırlanan “Qaraxanbəyli döyüşü” sənədli filmi əsgərlərimizin qəhramanlığını real kadrlar əsasında nümayiş etdirmək və şəhidlərimizin xatirəsini əbədiyyən yaşatmaq məqsədini daşıyır”, – Y. bildirib.
Qeyd edək ki, sənədli filmdə istifadə olunan videomateriallar 1-ci taborun əsgərlərinin döyüş əsnasında çəkdikləri kadrlardır, məhz bu səbəbdən filmdə tam olaraq real döyüş şəraiti əks olunur.
Bundan əlavə, filmdə şavaşın dəqiq təsviri, eləcə də əməliyyatın ab-havası taborun qazi komutanı Elçin Allahverdiyevin dilindən eşidilir.
Onu da deyək ki, “Qaraxanbəyli döyüşü” sənədli filminin təqdimatı Trend.az agentliyində baş tutub. Tədbir iştirakçıları filmi izlədikdən sonra təəsüratlarını Bugun.tv ilə bölüşüblər.
Ətraflı vdeolinkdə: https://www.youtube.com/watch?v=nLuhPNQ5Tfw
Müxbir: Qaytən Qasımzadə, Operator: Samir Əliyev