Bugun.tv xəbər verir ki, qar yağışı Ərdahanda nəqliyyata mənfi təsir göstərib. Qızıl Aypara qrupları gecə saatlarında yağan güclü qar səbəbindən avtomobilləri yolda qalanlara yemək və içkilər çatdırıb. Ərdahan-Çıldır və Çıldır-Aktaş avtomobil yollarında qar və buz bağladığı üçün çoxlu avtomobillər yolda qalıb.
TRT Haber-in məlumatına görə, Qızıl Aypara qrupları gecə boyu nəqliyyatın kəsildiyi yolda vasitələrdə olanların əziyyət çəkməməsi üçün hərəkətə keçib.
Bölgəyə çatan qruplar uzun müddət vasitələrdə gözləyənlərə yemək və içki təqdim edib.