19 C
Baku
28 Oktyabr 2025, 5:51
Baş xəbər

Qardaş Türkiyəyə yardım tədbirləri davam edir

Mod.gov.az xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvləri Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində yaradılmış toplama məntəqələrinə yardım gətirməyə davam edirlər.

Könüllü şəkildə gətirilən növbəti geyim, ərzaq məhsulları və digər zəruri əşyalar  təyin olunmuş məntəqələrdə toplanıb, çeşidlənərək bağlamalara yığıldıqdan sonra yük avtomobili vasitəsilə Türkiyəyə yola salınıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən qardaş ölkəyə yardım tədbirləri davam edir.

Aynur Camal

Oxşar xəbərlər

Rusiya: “Ukraynanın Kaluqa vilayətində 6 PUA ilə hücum cəhdinin qarşısı alınıb”

Bugün TV

Hava əməliyyatı: 5 terrorçu zərərsizləşdirildi

İntizar Əmirova

Peyvənd kampaniyası başladı: ilk gündə 87 min peyvənd edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu