19 C
Baku
8 Sentyabr 2024, 3:43
Baş xəbərDigər

“Qardaşlıq Dastanı” Türkiyədən Azərbaycana gəlir- VİDEO

    Bu barədə “Bugun.tv”yə Yunus Əmrə İnstitutunun direktoru Səlcuq Qaraqılınc məlumat verib. Onun sözlərinə görə 29 okyabr tarixində Bakıda Bir millət, iki dövlət olan “Qardaşlıq Dastanı” adlı layihə gerçəkləşdiriləcək.

   Paytaxtda 3 gün davam edəcək bu teatr-rəqs nümayişi daha sonra Gəncədə təşkil olunacaq. Noyabr ayının 2-si və 3-ü tarixlərində yerli sakinlər Türkiyənin məşhur aktyor və aktrisalarının iştirak etdiyi, özündə mərd, cəsur Turan elinin igidlərinin şücaətini, keçmişini, tarixini və bu gününü əks etdirən möhtəşəm səhnələri, kompazisiyaları izləyə biləcəklər.

   Səlcuq Qaraqılıncın sözlərin görə, dünya turuna çıxan Bir millət, iki dövlət – “Qardaşlıq Dastanı” teatr proqramı ilk açılışını Azərbaycanda edir.

  Truppanın daha sonra digər ölkələrə – Meksika və Japoniyaya qastrol səfərinə yola düşəcəyi gözlənilir.

 

Aynur Camal

Oxşar xəbərlər

5694 manat pulu gizli yolla talayan saxlanıldı

Bugün TV

Temperatur son 64 ilin ən yüksək noyabr dəyərinə çatdı

İntizar Əmirova

Tərk edilmiş bina uçdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu