16 C
Baku
21 Noyabr 2024, 16:28
Mədəniyyət

Qarışqanın şücaəti

Fil xortumunu yellədib, meşədə ondan güclü olmadığını heyvanlara göstərirdi. Heyvanlar filə yaxın gəlməyə qorxurdular. Ayı yerində donub qalmışdı. Canavarın səsi batmışdı. Tülkünün adı yadından çıxmışdı. Çaqqal çaş-baş qalmışdı. Heyvanları bu halətdə görən meymun başı- lovlu qaçdı meşə padşahı şirin yanına.

– Ey meşənin padşahı, fil orada heyvanlara meydan oxuyur, sən burada yatmısan. Şir nərə cəkdi, səsi meşəyə yayıldı. İstədi gedib fíli parça- parça etsin, sonra fikrindən vaz keçdi. Bunu şirdən gözləməyən meymun, özünü tez çatdırdı heyvanlara:

– Başımıza çarə qılaq. Şirə etibar yoxdur.

Meymunun bu sözlərindən sonra heyvanlar başladılar filin qabağında atılıb- düşməyə. Bu zaman, bu günə kimi heyvanların ayağı altında qalan balaca qarışqa göründü. Heyvanlar ona məhəl qoymadılar. O, filin arxa tərəfindən yavaş-yavaş dırmaşıb, gəlib oturdu filin düz təpəsində. Başladı onu qıdıqlamağa. Fili qıdıq tutdu. Xortumu ilə bir neçə dəfə başına vurub, tir-tap yerə uzandı. Heyvanlar mat qalmışdılar. Qarışqa heç nə olmayıb kimi filin təpəsindən düşüb getdi. Bu hadisədən sonra qarışqanın hörməti heyvanlar arasında birə- beş artdı.Heyvanlar qarışqanı görəndə tapdalamayıb, ona yol verirdilər. O ki, qaldı filə, fil anladı ki, bu dünyada hər bir canlının öz qənimi var.

 

Yazıçı- dramaturq Əhməd Orucoğlu

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

“7.Eğitimde Yeni Trendler İzmir Forumu – 2023” başa çatdı

İntizar Əmirova

Ankarada Novruz şənliyi keçiriləcək

Şükufə Ramizqızı

Cabbar Qaryağdıoğlu niyə fəxri xiyabanda dəfn edilməyib?

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu