10 C
Baku
12 Dekabr 2024, 17:45
Mədəniyyət

Qaşının soydaşlar, qaşının

Avtobusda, metroda insanları qaşınan görüb, təəccübləndim. Həkimdən səbəbini soruşanda dedi ki, bu xəstəliyin iki törədici amili var. Birinincisi qiymətlərin qalxması, ikinci amil varlıların günü-gündən varlanması. Həkimin sözu ağzında qaldı, başladım qaşınmağa. Qaşına-qaşına gəldim evə. Arvadım qaşınmağımı görüb soruşdu: – Ay kişi, nə oldu sənə evdən çıxanda qaşınmırdın. Həkimin dediklərini arvadıma deyəndə o da başladı qaşınmağa.İndi ər, arvad qaşınırıq. Bu vaxt həmişə olduğu kimi xəbərsiz- ətərsiz qaynanam gəldi. Gördü sevimli qızı ilə kürəkəni qaşınır. Səbəbini soruşanda arvadım həkimin mənə dediklərini anasına dedi. Qaynanam başladı qaşınmağa. Indi üçümüz birlikdə qaşınırıq. Qaynanam bir az qaşındı, getdi.Gecədən xeyli keçib, ər-arvad qaşınırıq Bu vaxt qapımız döyüldü. Qapını açdım, polisi gördüm, qaşınmam bir az da artdı. Məsmə arvadın kürəkəni sənsən? Dedim, mənəm. Dedi, gedək polis məntəqəsinə. Dedim, niyə, günahım nədir? Dedi orada bilərsən.

Polis məntəqəsinə girəndə nə görsəm yaxşıdır? Qaynanam qonşu arvadlarla oturub qaşınırlar. Qaynam məni görcək, dedi, mən heç nə deməmişəm. Qonşular satıb məni. Sakit olun! Nə qədər edirəm, qaynanan bir kəlmə də demir. Deyir, kürəkənimdən soruşun. Vətədaş Səmədağa Səməd oğlu, sizdən soruşuram qaynanana nə demisən ki, qaşınır? O, da qonşulara sen deyəni deyib, onlar da daqaşınır?

Həkimin dediklərini polisə dedim, o, da başladı qaşınmağa. Səhərə kimi bir yerdə qaşındıq. Səhər rəis gəlib bizi qaşınan gördü. Səbəbini polisdən soruşanda, rəis deyə bilərəm. Deməsən səni işdən çıxardacağam .Polis nəalc qalıb həkimin mənə dediklərini rəisə dedi. Rəis güldü, amma qaşınmadı. Bizi buraxdı, gəldim evə. Bu söhbəti eşidib başlayacaqsınız qaşınmağa.

Qaşının soydaşlar, qaşının.

 

Əhməd Orucoğlu

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Aktyor James McAvoy orgiya səhnəsini çəkərkən aldığı xəsarətlərdən danışdı

Bugün TV

Milli Xalça Muzeyində “Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız” adlı ilk sərgi açıldı

İntizar Əmirova

İlk matryoşka kuklaları necə yaranıb?

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu