18 C
Baku
15 Oktyabr 2025, 23:46
Baş xəbər

Qasırğa ştatı vurdu: 4 ölü

Floridaya təsir edən Milton qasırğası 3-cü kateqoriya olaraq quruya çatıb, şəhərləri su basıb, ilkin məlumatlara görə 4 nəfər ölüb.

ABŞ-ın Florida ştatına təsir edən Milton qasırğası Floridanın əksər hissəsini sular altında qoyub.

117 dəfə tornado xəbərdarlığının edildiyi Floridada şəhərlərin xarabalığa çevrildiyi, binaların damlarının uçduğu, stadionda dağıntıların olduğu qeydə alınıb.

Florida qubernatoru DeSantis, “Fırtınanın əhəmiyyətli olduğunu deyə bilərik, amma şükürlər olsun ki, bu, ən pis ssenari deyildi. Qasırğa quruya çatmamış zəiflədi. Zərərləri araşdıracaq və insanları ayağa qaldıracağıq. Biz bunu keçəcəyik”.

DeSantis, 42 əməliyyatda ən az 48 adamın xilas edildiyini ifadə edərək, yaxın günlərdə baş verə biləcək sellərə qarşı xəbərdarlıq edib.

Elektrik enerjisinin kəsilməsini izləyən PowerOutage internet saytı qasırğa səbəbindən 3 milyondan çox insanın işıqsız qaldığını bildirib.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Əgər çəki normaldırsa, lakin bədəndə çox yağ varsa, sağlamlıq riski hələ də yüksəkdir

Aynur Camal

Dənizçi Günü münasibətilə tədbir keçirilib

Nigar Məmmədova

Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müşavirəsi keçirildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu