36 C
Baku
20 İyul 2025, 15:08
Baş xəbərDünyaHadisə

Qasırğa vurdu: 1 nəfər öldü, 15 nəfər yaralandı

Bugun.tv xəbər verir ki, İsveçrənin La Chaux-de-Fonds bölgəsində güclü qasırğa nəticəsində bir nəfər ölüb, ən azı 15 nəfər yaralanıb. Şiddətli fırtınada ağaclar və elektrik dirəkləri yıxılıb, kilsə və məktəbin damları, ən azı 15 ev uçub, onlarla avtomobilə ziyan dəyib. Polis 50 yaşlarında bir şəxsin tikintidə kranın aşması nəticəsində öldüyünü açıqlayıb. Fırtına təsirini itirdikdən sonra qruplar küçə və prospektlərdə təmizlik işlərinə başlayıb. Şiddətli fırtına dünən yerli vaxtla saat 00:00 radələrində İsveçrəyə çatmazdan əvvəl Fransanın şərqinə də təsir edib. Fransanın Dubs bölgəsində ən azı 30 evə ziyan dəyib.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Azad Cavadova yeni vəzifə verildi

Nigar Məmmədova

Onlayn oyunlarda təhlükə artır?

Kəmalə Sultan

Milli QHT Forumu Qubada regional forum keçirdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu