Bugun.tv xəbər verir ki, hadisə Myanmada yaşanıb. Ölkənin mərkəzi hissəsində baş vermiş güclü qasırğada ölənlərin sayı 8-ə yüksəlib. 128 nəfər xəsarət alıb, 200-dən çox evə ziyan dəyib.
Ölkənin hərbi lideri general Min Aunq Hlainq təbii fəlakətdən zərər çəkmiş kəndlərə səfər edib.
Bu barədə MRTV televiziyası xəbər yayıb.
Qeyd edək ki, aprelin 21-də Myanmanın mərkəzi hissəsində güclü qasırğa baş verib. Daha öncə 4-ü qadın olmaqla, 6 nəfərin öldüyü deyilirdi.
Mənbə: TRT haber