26 C
Baku
21 İyul 2025, 2:46
Baş xəbərHadisə

Qasırğadan sonra qarətlərin qarşısını almaq üçün minlərlə polis səfərbər edildi

Bugun.tv xəbər verir ki, Meksikanın Akapulko şəhərini vuran və 39 nəfərin ölümünə səbəb olan Otis qasırğasından sonra qarətlərə müdaxilə etmək üçün təxminən 17 min əsgər və polis təyin edilib.

TRT Haber-in məlumatına görə, BBC-nin məlumatına görə, sosial mediada paylaşılan bir çox görüntülərdə Otis qasırğasının vurduğu Akapulkoda su və ərzaq tapmaqda çətinlik çəkən insanların bazarları qarət etdiyi əks olunub. Kadrlarda bəzi şəxslərin bahalı elektron əşyaları və paltarları qarət etdiyi görüntülənib. Talanların qarşısını almaq üçün bölgəyə təxminən 17 min əsgər və polis təyin edilib. Oktyabrın 26-da 5-ci kateqoriyaya yüksələn və “dağıdıcı ola biləcəyi” xəbərdarlığı edilən Otis qasırğası səbəbindən Meksikada 39 nəfər həyatını itirdi. Qasırğa nəticəsində bölgədə on minlərlə insanın evi və otelləri zərər görsə də, yaşayış yerləri işıqsız qalıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Kimlərə maaşlarından əlavə 600 manat ödəniləcək? -MİLLƏT VƏKİLİNDƏN AÇIQLAMA

Bugün TV

Zəhər tacirlərinə qarşı əməliyyat oldu: 245 nəfər saxlanıldı

Bugün TV

16 yaşdan kiçik şəxslərə sosial media qadağası gündəmdədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu