30 C
Baku
9 İyun 2025, 15:28
Baş xəbərHadisə

Qatar yüngül ticarət maşınına çırpıldı

ticarət maşını

Bugun.tv xəbər verir ki, Elazığda qatar yüngül ticari avtomobilə çırpılıb. Yaralı sürücü xəstəxanaya aparılarkən, tarlada gizlətdiyi tütün polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Hadisə saat 05:00 radələrində mərkəzin Durupınar kəndi ərazisində baş verib. Malatyadan Elazığ istiqamətinə hərəkət edən yük qatarı həmsəviyəli keçiddən keçməyə çalışıb. Həmin anda H.K. tabeliyində olan yüngül ticari avtomobilə dəyib.Toqquşmanın təsirindən avtomobil sahəyə atılıb, sürücüsü isə yaralanıb.

Maşınist məlumat verdikdən sonra hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları göndərilib. Lakin bu vaxt xəsarət alan sürücü canı əvəzinə daşıdığı qaçaqmal tütünü gizlətməkdən narahat olub. Maşından düşən sürücü  polis gələnə qədər 30 kisəyə, 160 kiloya yaxın qanunsuz doğranmış tütünü götürərək sahəyə aparıb. Üzərini isə parça ilə örtüb gizlədib. Daha sonra hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə sürücü xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib. Tarlada gizlədilən qaçaq tütün, hadisə yerinə gələrək araşdırma aparan “Hankəndi Jandarma Stansiya Komandirliyi” əməkdaşlarının gözündən yayınmayıb. Polis tütünə əl qoyub.

Digər tərəfdən Adıyamandan Elazığa gəldiyi öyrənilən sürücünün Elazığ-Malatya avtomobil yolu üzərindəki “Hankəndi Jandarma Nəzarət Məntəqəsi”-də yaxalanmamaq üçün kənd yolundan istifadə etdiyi iddia edilib.

Müxbir: İntizar Əmirova

Mənbə: TRT Haber

Bugün TV

Oxşar xəbərlər

Limon toxumlarını qaynadıb içmək nəyə faydalıdır?

Aynur Camal

İtaliyada Tesla dilerində yanğın: 17 avtomobil külə dönüb

Aynur Camal

Azərbaycan Gənc Oftalmoloqlar Konfransı və Azərbaycan Gənc Oftalmoloqlarının I Forumu – “GOK-2023” keçirildi – FOTO

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu