15 C
Baku
15 Oktyabr 2025, 8:50
Maraqlı faktlar

Qatığın saç üçün faydaları nələrdir?

Bugun.tv xəbər verir ki, qatığın saç üçün faydalarını eşidənlər təəccüblərini gizlədə bilmirlər. Qatığın saçlar üçün inanılmaz faydalarını təqdim edirik. Qatıq sağlam qidalar siyahısında ən yaxşı qidalardan biridir. Bir çox faydası olan qatıq zülal mənbəyidir. Qatığın sağlamlıq faydaları ilə yanaşı, dəri və saç gözəlliyinə də bir çox töhfələri var. Qatığın tərkibində orqanizmimizin ehtiyac duyduğu bir çox vitamin var. Qatıq saç tökülməsinin qarşısını alır və saçları gücləndirir. Qatıq saçlar üçün unikal nəmləndiricidir. Qatıq kəpək problemini azaltmağa kömək edir. Saçları nəmləndirən qatıq maskası üçün lazımi materiallar: 2-3 xörək qaşığı qatıq, 2 xörək qaşığı bal, 1 xörək qaşığı alma sirkəsi. Bütün bu maddələri bir-biri ilə yaxşıca qarışdırın. Əldə etdiyiniz qarışığı saçınıza və baş dərinizə çəkin. Maskanı tətbiq etdikdən sonra təxminən 2 saat gözləyin və sonra saçınızı yuyun.

Ensonhaberin məlumatına görə, ən azı həftədə bir dəfə bu prosesi tətbiq etməklə daha güclü saçlara nail ola bilərsiniz.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Yerin altı peyki ola bilər: gözlənilməz kəşf

Aynur Camal

Əsl riyaziyyatçı…

Aynur Camal

Dünyanın ən qorxulu ölüm meşəsinə virtual səyahət

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu