18 C
Baku
28 Oktyabr 2025, 3:24
DünyaHadisə

Qatil balinalar insanlara hücum etdilər!

Bugun.tv xəbər verir ki, qatil balinalar Cəbəllütariq boğazında kruizdə olan britaniyalı cütlüyün yaxtasına hücum edib. Ekipajın köməyi sağ qalan Janet Morris və Stiven Bidvel qorxulu anlarını Daily Mail-ə danışıblar.

Onlar yaxtanın Mərakeşin Tanjer sahillərində olarkən vurulduğunu bildirib.  Cütlük ekipajın “qatil balina” qışqırdığını, daha sonra göyərtəyə qaçdıqlarını deyiblər. Bundan sonra bir saat ərzində ən azı 6 balina  yaxtanın arxasınca gəlib.

Zərbələr nəticəsində yaxtanın bəzi hissələrinin dənizə düşdüyünü bildiriblər. “Onları gördüyümə inana bilmirdim. Bu, çox nadir hallarda olur”, – J.Morris deyib. Bidwell isə “Qatil balinalar təqibin həyəcanını sevirlər. Ona görə də dayanmalıydıq, amma külək səbəbindən bu mümkün olmadı. Hücum zamanı təxminən 14 metrlik yaxtanın sükanı zədələndi”, – deyə əlavə edib.

Mənbə: SABAH

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Mikroavtobus ilə taksi toqquşdu: 3 yaralı var

Bugün TV

Fars polisi Güney Azərbaycanlı xanımı necə öldürdü?

Nigar Məmmədova

Rusiya Ukraynada yaşayış binasını vurub: 1 ölü, 14 yaralı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu