Baş xəbərDünya

Qatil İsrail hücumlarını dayandırmır: yenidən 2-si uşaq olmaqla 6 fələstinli öldü

Soyqırım İsrail Qəzza zolağında bir evə hava hücumu həyata keçirib. Hücumda 2-si uşaq olmaqla 6 fələstinli həyatını itirərkən, ətrafdakı evlərə də ziyan dəyib.

Qəzza Mülki Müdafiə İdarəsi İsrail döyüş təyyarələrinin Qəzza şəhərinin cənub-şərqində bir evi bombaladığını açıqlayıb.

Hücum nəticəsində 2-si uşaq, 1-i qadın olmaqla 6 mülki şəxsin həyatını itirdiyi, bəzilərinin isə yaralandığı öyrənilib.

Hücumda bombalanan evin dağıldığı, ətrafdakı evlərə də ziyan dəydiyi bildirilib.

Oktyabrın 7-dən bu yana hücumlarda 41 min 206 fələstinli həyatını itirib

Qatil İsrailin Qəzza zolağında 7 oktyabr 2023-cü ildən bu yana həyata keçirdiyi hücumlarda ən az 16 min 795-i uşaq, 11 min 378-i qadın olmaqla 41 min 206 fələstinli ölüb, 95 min 337 nəfər yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilsə də, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Media Tədris Mərkəzinin tələbələri imtahan verdi

Bugün TV

Bir neçə dəqiqə ərzində hazır olmasının sirri tapılıb

Aynur Camal

Aberdində “Gənclər Günü” Azərbaycan ruhu ilə qeyd olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu