3 C
Baku
15 Dekabr 2025, 1:18
Baş xəbərDünya

Qatil rejimin Qəzzəyə hücumları davam edir: 50 şəhid

Soyqırımlı işğal rejiminin Qəzzaya son hücumlarında 50 fələstinli şəhid olub, onlarla insan yaralanıb.

Sionist işğalçı rejimin Qəzzada dinc əhaliyə qarşı hücumları davam edir.

Qatil rejim soyqırım müharibəsinin birinci ilində Qəzzanın şimal, cənub və mərkəzi hissəsinə qarşı hücumlar həyata keçirib.

Havadan və qurudan edilən hücumlarda mülki əhalinin yaşadığı evlər və insanların toplaşdığı ərazilər hədəfə alınıb.

Səhiyyə mənbələrindən alınan məlumata görə, hücumlarda aralarında uşaqların da olduğu 50 fələstinlinin şəhid olduğu, çox sayda insanın yaralandığı bildirilib.

Fələstinin Qəzzada Səhiyyə Nazirliyi işğalçı sionist rejimin hücumlarında indiyədək 41 min 909 nəfərin şəhid olduğunu açıqlayıb.

Xəsarət alanların sayının 97 min 303-ə yüksəldiyi bildirilib.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Microsoft 4 Noyabrda Paint 3D dəstəyini dayandıracaq

Aynur Camal

İmmiqrasiya əleyhinə etiraz olaraq iki ev yandırıldı

Aynur Camal

İsrail ordusu Livana artilleriya zərbəsi endirib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu