14 C
Baku
21 Noyabr 2024, 18:17
Dünya

Qatlana bilən iPhone yaxınlaşır: Apple yeni patent aldı

Apple qatlanan cihaz üçün daha bir patent aldı. Bu patent göstərir ki, qatlana bilən iPhone-lar üçün çox gözləməli olmayacaqıq.

Qatlana bilən smartfon bazarında rəqiblərindən bir qədər geri qalan Apple bu məsələdə səssiz qalır.

Apple-ın bir neçə qatlana bilən telefon patenti aldığını və bu mövzuda çalışdığını daha əvvəl sizinlə paylaşmışdıq.

Əslində, ABŞ şirkətinin birdən çox qatlana bilən iPhone prototipi üzərində işlədiyi iddia edilir.

 Apple daha bir yeni patent aldı

Apple tərəfindən alınan yeni patent qatlanan iPhone üzərində işlərin davam etdiyini göstərir.

ABŞ Patent və Ticarət Nişanları İdarəsi (USPTO) tərəfindən təsdiq edilmiş patent “davamlı qatlana bilən ekranlı elektron cihazlar” adlanır.

Şirkətin patentdəki izahına görə, qatlanan qurğu şüşəni müəyyən yerlərdə qalın, bəzi yerlərdə isə daha incə etməklə daha davamlı hala gətirilə bilər.

Başqa sözlə, qatlanan iPhone-un ekranının əyilə biləcəyi yerlərdə daha incə dizayn görünə bilər.

Qatlana bilən iPhone nə vaxt buraxılacaq?

Texnologiya dünyasının mühüm sızıntılarından biri olan Jeff Pu, qatlana bilən ekranlı MacBook və qatlanan ekranlı iPhone-un nə vaxt çıxacağını açıqladı.

  Ceff Pu-nun sözlərinə görə, qatlanan ekranlı MacBook-un kütləvi istehsalı gələn ilin sonunda başlayacaq. Qatlana bilən ekranlı iPhone 2026-cı ildə kütləvi istehsala çıxacaq.

Sızıntı iddia edir ki, Apple həm 7,9 düym, həm də 8,3 düymlük iki fərqli qatlana bilən iPhone modelini təqdim edəcək.

Mənbə: EnSonHaber

Teymur Əziz

Oxşar xəbərlər

Mahmud Abbas: İsrail Qəzzada infrastrukturun 90 faizindən çoxunu məhv edib

Aynur Camal

Narkotacirlərə qarşı yeni metod tətbiq edilir

İntizar Əmirova

Prezident seçkilərinin ikinci turu üçün səsverməyə gedildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu