14 C
Baku
24 Mart 2026, 17:42
Baş xəbərKriminal

Avtoxuliqanlıq edən sürücü barəsində tədbir görüldü

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, paytaxt sakini Səbuhi Bağırov idarə etdiyi “BMW” avtomobillə Qax şəhəri ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib.

Keçirilən tədbirlərlə həmin şəxs saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə barəsində protokol tərtib edilib və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə S.Bağırov barəsində qanunamüvafiq tədbir görülüb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Deputat Ceyhun Məmmədovdan İslam əxlaqına dair paylaşım

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu