30 C
Baku
27 İyul 2025, 21:54
Dünya

Qayınanası ilə evləndi, xərcləri qayınatası ödədi

Hindistanda bir kişi həyat yoldaşını itirdikdən sonra birlikdə yaşadığı qayınanası ilə sevgi münasibəti yaşamağa başlayıb. Hadisədən xəbər tutan qayınatası əvvəlcə şikayət etsə də, sonradan toy xərclərini qarşılamaq qərarına gəlib.

Hindistanın yerli mətbuatındakı bu xəbər bütün dünyada trend mövzusuna çevrilib.

Xəbərə görə, iki uşaq atası 45 yaşlı İskəndər Yadav bir neçə həftə əvvəl həyat yoldaşını itirib. Ağrılı itkidən sonra tək qalan Yadav uşaqları ilə birlikdə həyat yoldaşının anası Gitanın yanına köçüb və orada yaşamağa başlayıb.

Qısa müddətdən sonra cütlük gizli eşq yaşamağa başlayıb. Ancaq tezliklə kənd camaatı bu gizli sevgidən xəbər tutub.

“ONLARIN BİRLİKDƏ OLMALARINA HEÇ BİR MANE YOXDUR”

Xəbər bütün kəndə yayıldı. Bəyin həm də keçmiş qayınatası olan kişi gizli şəkildə ikiliyi izləməyə başlayıb.

Qısa müddətdən sonra ikiliyi yaxalayan və kənd bələdiyyəsinə şikayət edən şəxs tədbir görülməsini istəyib.

Kənd şurası deyib ki, Yadav və Gita üçün bir yerdə olmaq üçün heç bir maneə yoxdur, lakin onlar evlənməlidirlər.

Daha sonralar qadının əri də bu vəziyyətə etiraz etməyib və toy xərclərini öz üzərinə götürüb.

Cütlüyün toy videosu qısa zamanda trend mövzusuna çevrilib.

Qayınata toyu təşkil etdiyinə görə çox xoşbəxt olduğunu bildirib.

Hindistan mətbuatı da toydan sonra ər və arvadın ayrı evə köçdüyünü və indi uşaqları ilə burada yaşayacaqlarını yazıb.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Trampın ‘ən pis’ portreti böhran yaratdı! İngilis rəssam üsyan etdi

Aynur Camal

Astronavtların Yerə qayıtması yenidən təxirə salındı

Aynur Camal

Yaxın Şərqdə qılınc çəkildi: Bu, müharibə elanıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu