Baş xəbərDünya

Qayıqda yanğın: Britaniyalı turist itkin düşdü

Tailandın Koh Tao adasının sahillərində dalğıc gəmisində yanğın baş verib. 26 yaşlı britaniyalı turist Aleksandra Klarkın itkin düşdüyü bildirilir. Taylandın məşhur dalğıc yerlərindən biri olan Koh Tao adasının sahillərində turistləri daşıyan Davy Jones Locker dalğıc gəmisində yanğın baş verib. Qayıqda olan 21 nəfər xilas edilərkən, britaniyalı turist Aleksandra Klarkın itkin düşdüyü bildirilir.

Yanğın zamanı Cənubi Londonun Lambeth rayonundan olan 26 yaşlı Klarkın qayıqdakı lavaboda olduğu iddia edilir. Yanğın yerli vaxtla saat 09:25-də fövqəladə vəziyyət siqnalı verilməzdən əvvəl başlayıb.

 21 nəfər xilas edilib, Klark itkin düşüb

Qayıqda 15 turist, 2 ekipaj üzvü və 4 dalğıc təlimatçısı olub. Yanğın başlayandan sonra xüsusi qayıqlar və könüllü qruplar sürətlə əraziyə çatıb. Sərnişinlər təxliyyə edilərkən başqa qrup yanğını söndürmək üçün işə başlayıb. Lakin yanğın söndürüldükdən sonra Aleksandra Klarkın itkin olduğu müşahidə edilib.

 Yanğın mühərrik hissəsindən başlayıb

Tayland Dəniz Təhlükəsizliyi Komandanlığının rəsmilərindən olan kapitan Nattaphon Sinpoonphon yanğının qayığın Koh Taodan 5-6 dəniz mili uzaqlıqda olduğu zaman başladığını və sürətlə yayıldığını açıqlayıb.

İlkin məlumatlara görə, yanğının mühərrik hissəsində baş verdiyi və kapitanın kabinəsinə və arxa hissədəki tualetə keçdiyi bildirilib. Sinpoonphon bildirib ki, yanğının nədən qaynaqlandığı hələ aydın deyil və ətraflı araşdırma başlanıb.

Səlahiyyətlilər, axtarış-xilasetmə qruplarının alovun böyüklüyünə və qayıqdakı yanacağın partlama riskinə görə əvvəlcə qayığa yaxınlaşmaqda çətinlik çəkdiyini bildirib.

Kapitan Sinpoonphon, “Dənizdəki güclü külək və axınlar axtarış işlərini çətinləşdirir. Bölgədəki bütün qayıqlar vəziyyətlə bağlı xəbərdar edilib və axtarış-xilasetmə işləri sürətlə davam edir” deyib.

 Britaniya Xarici İşlər Nazirliyi fəaldır

İngiltərə Xarici İşlər Nazirliyindən verilən açıqlamada Klarkın ailəsinə dəstək verildiyi və yerli hakimiyyət orqanları ilə yaxın təmasda olduqları bildirilib.

Hadisə anının görüntüləri sosial mediada böyük əks-səda doğurub. Paylaşılan videolarda qayığın alov içində olduğu görünür.

Yanğının baş verdiyi Davy Jones Locker adlı gəminin Koh Taodan məşhur dalğıc nöqtəsi Southwest Pinnacle-ə sərnişinləri daşıdığı bildirilir.

Axtarış-xilasetmə işləri davam edərkən, səlahiyyətlilər Klarkı tapmaq üçün bütün vasitələrin səfərbər edildiyini açıqlayıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İsrailin məşhur neyrocərrahı ilə görüş keçirilib

Aynur Camal

İndiyə qədər aşkar edilmiş ən böyük kosmik partlayış baş verdi

Aynur Camal

Hicaba görə başlayan davada bir qadın öldü

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu