27 C
Baku
28 İyul 2025, 0:34
Digər

Qazax türkləri Odessada “Yurt” qurdu

“Qazax türkü qardaşlarımız Odessada da “Yurt” qurdu. Dünən Kiyevdən sonra şəhərimizdə də insanların isinməsi, çay, kofe, isti yeməklə təmin olunmaları, telefonların enerji yığması üçün çadır fəaliyyətə başladı. Açılışda konsert proqramı ilə bərabər əhali plov, çay kofe və milli şirniyyatlara qonaq edildilər.
Tədbirin təşkilatçılarından olan Tibb Elmləri doktoru, Odessa Tibb Universitetinin professoru, Ukraynanın əməkdar həkimi Gülsüm Manasova və Kiyevdəki Qazax diasporunun təmsilçisi Saulie Alieva bildirdi ki, bu aksiyanin sponsoru və təşkilatçıları Qazax iş adamı, xeyriyyəçi Dövlət Nurcanov və Ukrayna-Qazaxıstan parlamentlərarası fraksiyanın rəhbəri, Ukrayna Ali radasının deputatı Naqornyak Sergey Vladimirovicdir.
Qeyd edim ki, biz də tədbirə qonaq kimi “Birlik” Odessa azərbaycanlıları diaspora təşkilatı olaraq Ukrayna savaşının qazisi Mehman bəylə bərabər qatılmışdıq”.

Bu sözləri  Bugun.tv- “Birlik” Odessa azərbaycanlıları diaspora təşkillatnın sədr müavini Anar Natiqoğlu danışıb.

Qeyd edək ki, “Yurt” şəhərin mərkəzi Taras Sevçenko adına parkda fəaliyyət göstərəcək!

Nigar Məmmədova

Oxşar xəbərlər

“Gənclərin Dostu” Milli Mükafatı təqdim olunub – FOTO

Nigar Məmmədova

ATV kanalı 22 yaşını qeyd edir

Nigar Məmmədova

İyirmidən çox ölkədən beynəlxalq səyahətçinin Zəngilana səfəri başlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu