18 C
Baku
23 Oktyabr 2025, 6:40
Digər

Qazaxıstan Prezidenti Xəzər dənizi ilə bağlı vəziyyətin acınacaqlı olduğunu bildirdi

Bugun.tv Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti çıxışında əsas diqqəti iqlim gündəliyinə yönəldib. “Bu gün belə bir nüfuzlu forum çərçivəsində diqqətinizi çox incə, lakin ciddi bir mövzuya yönəltmək istəyirəm. Bu, Xəzər dənizi ilə bağlı acınacaqlı vəziyyətdir. Vəziyyət ekoloji fəlakətə yaxınlaşır. Bu problem Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində uzunmüddətli məsləhətləşmələr üçün prioritet ola bilərdi. Ona görə də bu gün təklif etdim ki, ŞƏT-in himayəsi altında Astanada Su Problemlərinin Təhlili Mərkəzi yaradılsın. Bu yaxınlarda BMT Baş katibinin iştirakı ilə Almatıda BMT-nin Mərkəzi Asiya ölkələri və Əfqanıstanda Davamlı İnkişaf Mərkəzi açılıb. Bu, bizim çoxtərəfli diplomatiya prinsiplərinə möhkəm sadiqliyimizi təsdiqləyir. Fürsətdən istifadə edərək, 2026-cı ilin aprelində BMT-nin tərəfdaşlığı ilə Astanada Regional Ekoloji Sammitinin keçirilməsi ilə bağlı qərar barədə bütün tərəfdaşları məlumatlandırıram”, – deyə Tokayev bildirib.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Çexlər özünümüdafiə vasitələri əldə edirlər

İntizar Əmirova

Mingəçevirdə “Kürü keçək?!” açıq suda üzmə yarışı keçirilib

İntizar Əmirova

İndoneziyada qatarlar toqquşdu: ölən və yaralananlar var

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu