Dünya

Qazaxıstan referendumla yeni Konstitusiyanı qəbul edib

Qazaxıstan tarixində son 30 ildə üçüncü dəfə Konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirib. Səsvermənin nəticələrinə görə, yeni Konstitusiya böyük səs çoxluğu ilə qəbul olunub.

Rəsmi məlumatı ölkənin Mərkəzi Seçki Komissiyası açıqlayıb. Bildirilib ki, yeni Konstitusiya 87,15 faiz səslə təsdiqlənib, seçici fəallığı isə 73 faiz təşkil edib.

Qəbul edilən dəyişikliklərə əsasən, ölkənin parlament sistemi sadələşdirilir və 1996-cı ildə ləğv edilən vitse-prezident vəzifəsi yenidən bərpa olunur.

Yeni Konstitusiya həmçinin dövlət başçısına vitse-prezidenti və bir sıra mühüm vəzifəli şəxsləri birbaşa təyin etmək səlahiyyəti verir.

Tokayevin səlahiyyət müddəti ilə bağlı müzakirələr

Analitiklərin fikrincə, dəyişikliklər Kasım-Jomart Tokayevin gələcək siyasi fəaliyyətinə də təsir göstərə bilər. İddialara görə, Konstitusiyadakı bəzi hüquqi boşluqlar onun səlahiyyət müddətinin yenidən hesablanmasına imkan yarada bilər.

Tokayev isə paytaxt Astanada səs verdikdən sonra bildirib ki, növbəti prezident seçkiləri səlahiyyət müddəti başa çatdıqdan sonra 2029-cu ildə keçiriləcək.

Ölkənin sabiq prezidenti Nursultan Nazarbayev də yaydığı mesajda yeni Konstitusiyaya dəstək verdiyini və Tokayevə olan siyasi dəstəyinin davam etdiyini açıqlayıb.

Məlumata görə, referendumda qəbul edilən yeni Konstitusiyanın 1 iyul tarixindən qüvvəyə minməsi planlaşdırılır.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: Tehranın bəzi infrastruktur obyektlərini qəsdən hədəfə almadıq

Aynur Camal

Fransa nüvə arsenalını artırmağı planlaşdırır

Aynur Camal

Şimali Koreya İranın yeni ali rəhbərini dəstəklədiyini açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu