6 C
Baku
24 Fevral 2026, 7:06
Baş xəbərDünya

Qazaxıstan Xəzərin problemlərinin tədqiqinə maliyyə vəsaiti ayırdı

Bugun.tv “Kazinform” agentliyinə istinadla xəbər verir ki, Prezident Kasım-Jomart Tokayevin Xəzər dənizinin problemlərinin hərtərəfli öyrənilməsi ilə bağlı verdiyi tapşırıqların icrası çərçivəsində Qazaxıstan Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutuna hökumət ehtiyatından 305 milyon tenqe (təqribən 564 min dollar) ayrılıb. Müvafiq qərarı Baş nazir Oljas Bektenov imzalayıb. Bu institut dövlət başçısı Kasım-Jomart Tokayevin sərəncamı ilə Xəzər dənizinin ekoloji problemlərini öyrənmək üçün yaradılıb. Onun fəaliyyət dairəsinə balıq ehtiyatlarının qiymətləndirilməsi, onların mühafizəsi üsullarının və texnologiyalarının işlənib hazırlanması, ixtiofaunanın, suitilərin kütləvi şəkildə tələf olmasının səbəblərinin öyrənilməsi və onların populyasiyasının saxlanılması məsələləri daxildir.

Bugün TV

Oxşar xəbərlər

ABŞ ordusu Suriyanın əsas bazasından geri çəkildi

Aynur Camal

Palandökən yenidən dünya səhnəsində: Erzurum FIS Snoubord Dünya Kubokuna ev sahibliyi edəcək

Aynur Camal

Ramazan qadağalarla başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu