19 C
Baku
Sentyabr 28, 2022
Baş xəbər

Qazilərimizə beynəlxalq sertifikatlar təqdim olunub

 

44 günlük müharibədən sonra“Qarabağa dönüş” təşkilatı qazi və müharibə iştirakçılarının, şəhid ailələrinin məşğulluq problemlərinin həlli məsələsinə töhfə vermək üçün “Qarabağımızı birlikdə quraq” layihəsinə start verib.

Bu çərçivədə peşə təhsilini başa vuran 25 nəfər qazi, müharibə iştirakçısna beynəlxalq sertifikatların təqdim olunması mərasimi və onların işlə təmin olunması üçün şirkət təmsilçiləri ilə görüş keçirilib. Tədbirdə çıxış edən “Qarabağa dönüş” təşkilatının rəhbəri Tural Gəncəliyev bildirib ki, 44 günlük müharibədən sonra yaranmış reallıqlar qazilərimizin peşə təhsili istiqamətində fəaliyyətlərinin davam etdirilməsi , peşə təhsili alaraq öz gələcək həyatlarını davam etdirməkdən ibarətdir.

“Biz bu gün BP,  ECITB şirkəti və KULANE tədris mərkəzi ilə əməkdaşlıq edərək 25 nəfər qazimizin peşə təhsili almasını təmin etdik. Peşə təhsilinin önəmi çox böyükdür. Dövlətimizin təhsilə ayıdığı 4 milyard manat vəsaitin 64 milyon manatı peşə təhsilinin payına düşür. Bu da peşə təhsilinin nə qədər önəmli olduğunu göstərir. Bu gün Qarabağımızda yenidən qurma və bərpa işləri gedir. Məhz peşə təhsilini müvəffəqiyyətlə başa vuran şəxslər bu yenidənqurma və bərpa işlərində önəmli işlər görəcəklər. -deyə millət vəkili qeyd edib .

 

 

Tədbirdə çıxış edən millət vəkili Sevil Mikayılova bildirib ki, bu gün Azərbaycan xalqı məhz Vətən müharibəsi şəhidlərinin, qazi və iştirakçılarının sayəsində 30 il işğalda qalan əbədi və əzəli torpaqlarımıza qovuşub. “Biz hər birimiz sizlərə minnətdarıq. Sizin sayənizdə bu böyük zəfəri qazanmışıqsa, düşünürəm ki, bundan sonra digər problemlərin də öhdəsindən gələcəyik. Biz ümumilikdə dövlətimizin, vətənimizin çiçəklənməsi, Azərbaycanın bütövlüyünün, dövlətçiliyimizin əbədi olması üçün birlikdə çalışacağıq”, – millət vəkili deyib. “Əminəm ki, bu təhsil sizin həyatda vacib vəsiqəniz olacaq”, – deyə S.Mikayılova qeyd edib Sonda təhsillərini başa vuran qazilərə sertifikatlar təqdim olunub.

Bugün.tv

Oxşar xəbərlər

On birinci mərtəbədən düşərək həlak olan ginekoloqun əri istintaqa cəlb edildi – YENİLƏNİB

Aytac Kərimova

Ərdoğan, Zelenski və Quterreşin üçtərəfli görüşü başlayıb

Sabina Uğur

Qazaxıstanda növbədənkənar prezident seçkilərinin tarixi məlum olub

Aynur Camal