Bugün.tv Sosial.tv-ə istinadən xəbər verir ki, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Müşahidə Şurasının üzvləri, Agentliyin əməkdaşları, 500-ə yaxın qeyri-hökumət təşkilatlarının nümayəndələri “27 sentyabr Anım Günü” ilə bağlı Ulu Öndər Heydər Əliyevin məzarına, 2-ci Fəxri Xiyabana, Şəhidlər Xiyabanına ziyarət ediblər.
Ziyarət iştirakçıları Ulu öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla anaraq, məzarları üzərinə gül dəstələri qoyublar.
Dünya hərb tarixinə həkk olunan misilsiz döyüş qabiliyyəti nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.