24 C
Baku
20 İyul 2025, 3:38
Baş xəbərMədəniyyət

“Qeyri-mümkün missiya”nın nümayişi oldu

Bugun.tv xəbər verir ki, “Amburan Mall” ticarət mərkəzində (Bilgəh qəsəbəsi) yerləşən “CinemaPlus” premium kinoteatrında “Paramount Pictures”ın istehsalı olan “Qeyri-mümkün missiya: Ölümcül intiqam, 1-ci hissə” adlı Amerika casus döyüş filminin premyeradan öncə nümayişi keçirilib. Bu, “Qeyri-mümkün missiya” franşizasında yeddinci filmdir və büdcəsi 290 milyon dollar təşkil edir.
Ekran əsərinin rejissor və ssenari müəllifi Kristofer Makuorridir. Filmdə baş rolu Tom Kruz ifa edir. Eləcə də Rebekka Ferqyuson, Heyli Etvell, Pom Klementeff, Vanessa Kirbi, Saymon Peqq, Şey Uiqem, Keri Elves, Rob Delani və İndira Varma çəkiliblər.

Film haqqında qısaca: İtan Hant və onun komandası yenidən təhlükləli tapşırığa başlayırlar. Bu dəfə onlar bütün bəşəriyyəti məhv edə biləcək ölümcül silahın axtarışına çıxırlar və onun səhv əllərə keçməməsinə çalışırlar. Milyardlarla insanın həyatını xilas etmək üçün ölümcül yarış başlayır. Baş qəhrəman qüdrətli Qabriel ilə üzləşməli olacaq və qələbə qazanmaq üçün əzizlərini qurban verməyə belə məcbur ola bilər.

Tədbirdə şou-biznes ulduzları, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.

Tədbirin təşkilində Brand Media Groups, “FRYDAY Burgers & Fries” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, “A1” rəqs qrupu, “Luxury party 360” selfi videoçəkiliş, “Чёткая” Organic vodka, Bonaqua və Red Bull dəstək göstəriblər.
Qeyd edək ki, film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq. Həmçinin, “Qeyri-mümkün missiya: Ölümcül intiqam” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

3,9 bal gücündə zəlzələ baş ver

Bugün TV

Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib

Aynur Camal

Cənubi Koreya səyahət xəbərdarlığı edir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu