28 C
Baku
10 Sentyabr 2025, 14:40
Baş xəbərSiyasət

Qeyri-qanuni yolla xilas edilən mühacirlərin sayı açıqlandı

Bugun.tv xəbər verir ki,Yunanıstanın geri itələdiyi qeyri-qanuni mühacirlər xilas edilib.

TRT Haber” in məlumatına görə, Çanaqqalanın Ayvacık rayonundan qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına getməyə cəhd edən və yunan ünsürlər tərəfindən yenidən Türkiyə ərazi sularına sıxışdırılan 20 qeyri-qanuni mühacir Sahil Təhlükəsizlik qrupları tərəfindən xilas edilib.

Sahil Mühafizəsi Şimali Ege Qrup Komandirliyi qrupları, Ayvacık mahalı sahillərində rezin qayıqda bir qrup qeyri-qanuni immiqrant olduğu xəbəri üzərinə hərəkətə keçib.

Qayıqda olan mühacirlər Sahil Mühafizəsinin “KB-20” qayığı tərəfindən xilas edilib.

Prosedurlardan sonra qeyri-qanuni mühacirlər Ayvacık rayonundakı Əcnəbilərin Repatriasiya Mərkəzinə təhvil verilib.

Sahil Mühafizə Komandanlığının paylaşdığı görüntülərdə qeyri-qanuni mühacirlərin mindiyi rezin qayığın mühərrikinin söküldüyü və bu səbəbdən dənizin ortasında qapalı qaldığı görülüb.

 

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Səhiyyə Nazirliyinin qızılcaya həssas əhali qruplarının vaksinasiyasına dair Məlumatı

İntizar Əmirova

İngiltərədə ifrat sağçı zorakılıq: 6 nəfər saxlanılıb

Aynur Camal

Avtomobil yol kənarına aşdı: 3 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu