28 C
Baku
10 Sentyabr 2025, 17:03
Baş xəbərSiyasət

Qeyri-qanuni yolla xilas edilən mühacirlərin sayı açıqlandı

Bugun.tv xəbər verir ki,Yunanıstanın geri itələdiyi qeyri-qanuni mühacirlər xilas edilib.

TRT Haber” in məlumatına görə, Çanaqqalanın Ayvacık rayonundan qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına getməyə cəhd edən və yunan ünsürlər tərəfindən yenidən Türkiyə ərazi sularına sıxışdırılan 20 qeyri-qanuni mühacir Sahil Təhlükəsizlik qrupları tərəfindən xilas edilib.

Sahil Mühafizəsi Şimali Ege Qrup Komandirliyi qrupları, Ayvacık mahalı sahillərində rezin qayıqda bir qrup qeyri-qanuni immiqrant olduğu xəbəri üzərinə hərəkətə keçib.

Qayıqda olan mühacirlər Sahil Mühafizəsinin “KB-20” qayığı tərəfindən xilas edilib.

Prosedurlardan sonra qeyri-qanuni mühacirlər Ayvacık rayonundakı Əcnəbilərin Repatriasiya Mərkəzinə təhvil verilib.

Sahil Mühafizə Komandanlığının paylaşdığı görüntülərdə qeyri-qanuni mühacirlərin mindiyi rezin qayığın mühərrikinin söküldüyü və bu səbəbdən dənizin ortasında qapalı qaldığı görülüb.

 

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Kayseridə maşını ilə 2 piyadanın ölümünə səbəb olan sürücüyə həbs cəzası

Bugün TV

Rusiya elan edir: Ukrayna enerji infrastrukturlarına hücumu davam etdirir

Aynur Camal

İndoneziyada 6 bal gücündə zəlzələ baş verdi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu