24 C
Baku
19 İyul 2025, 7:20
Baş xəbərSosial

Qeyri-sabit hava şəraitindən sonra bərpa işləri uğurla davam etdirilir

Son günlər İsmayıllı rayonunda müşahidə olunan intensiv yağış və leysan nəticəsində yaranan fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər operativ şəkildə həyata keçirilir.

Bugun.tv -xəbər verir ki, sözügedən Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun tapşırığına əsasən aidiyyəti qurumlar gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Ərazi üzrə sel sularının yaratdığı maneələr aradan qaldırılıb, yolların bərpası istiqamətində işlər görülüb, qırılmış elektrik dirəkləri yeniləri ilə əvəz olunub. Qaz və işıq təchizatı tam bərpa olunub.

Qeyd edək ki, ciddi maddi ziyan qeydə alınmayıb. Hazırda rayon üzrə vəziyyət tam nəzarətdədir və əhalinin gündəlik fəaliyyəti əvvəlki axarına qayıdıb.

 

Aynur Camal

Oxşar xəbərlər

ABŞ kənardadır! F-22 və F-35 döyüş təyyarələri ilə bağlı məlumatlar 3 ölkəyə sızdı

Aynur Camal

128 nəfər xəstəxanaya yerləşdirildi!

Bugün TV

Axtarışda olan şəxs saxlanıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu