Bugun.tv xəbər verir ki, Yanvarın 24-də QHT-lərə Dövlət Dəstəyi Agentliyində ekoloji yönümlü bir qrup nümayəndələr ilə görüş keçirilib. Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və Agentliyin digər məsul şəxsləri iştirak edib.
Aparılan müzakirələrdə 25-ə yaxın təmsilçi ekoloji sahədə fəaliyyətin gücləndirilməsi, həmçinin ölkəmizdə keçiriləcək COP29 tədbiri ilə bağlı müxtəlif təkliflərlə çıxış edib. Müvafiq qeydlər götürülüb. Suallar cavablandırılıb.


