28 C
Baku
9 İyun 2025, 19:57
Baş xəbər

QHT Lənkəranda müharibə iştirakçılarına psixoloji konsultasiyalar keçdi

 Bugun.tv xəbər verir ki, Lənkəran şəhərində “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsinin “Vətən Müharibəsində iştirak edən qazilərə sosial, psixoloji dəstək tədbirlərinin təşkili” adlı layihəsi çərçivəsində 44 günlük Vətən Müharibəsi iştirakçılarına psixoloji konsultasiyalar keçib.

Bu barədə televiziyamıza “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyinin sədri Firuzə Babayeva məlumat verib. O, bildirib ki, tədbirin keçirilməsində məqsəd 20 qazinin sağlam həyatda aktiv iştirakına dəstək göstərməkdir.

Layihə üzrə klinik psixoloq Sadiqova Nigar Tələt qizi qazilərimizə ilkin psoxoloji qiymətləndirmə testləri aparıb. Keçirilən müxtəlif testlər nəticəsində onlarda olan qorxu, fobiyalar, həyəcan-təşviş pozuntusu müəyyən edilib. Bu hallarin aradan qaldırılması üçün qazilərimizə bir neçə psixoloji seanslar da əlavə olaraq təşkil edilib. Uğurlu nəticə əldə etmək üçün psixoloji kosultasiyaların davam etdirildiyi bildirilib.

Klinik psixoloq Nigar Sadıqova psixoloji qiymətləndirilmədən əldə olunan nəticələrlə yanaşı, təşkilatın hesabına bəzi qazilərimizə proqramda nəzərdə tutulan müddətdən əlavə konsultasiyalar keçib. Qazilərimiz, seanslardan çox məmnun qaldıqlarını, davamlı olmasını arzu etdiklərini bildiriblər.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Aynur Camal

İran və Misir prezidentləri Qəzzadakı vəziyyəti müzakirə etdilər

Aynur Camal

106 330 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu