28 C
Baku
19 İyul 2025, 14:15
Mədəniyyət

QHT-lər Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçirib – VİDEO

Bugun.tv xəbər verir ki, 30-a yaxın qeyri-hökumət təşkilatları sədrlərinin iştirakı ilə ulu öndər Heydər Əliyevin 100 illiyi qeyd olunub. Tədbir “Leyla Khazar” Art Qaleriyada baş tutub.

Bu barədə yubiley mərasiminin təşkilatçılardan olan Zirvə İslahatlara Dəstək Mərkəzinin rəhbəri Elçin Axundzadə məlumat verib.  “Ümumiyyətlə, bu tədbirləri dünyanın hər tərəfində şəxsi vəsaitimlə gerçəkləşdirirəm. Mayın 6-da da İstanbulda, ümummili liderin 100 illiyi ilə bağlı mərasim keçirdim. Tədbirlərimiz davam edir”.

Təşkil olunan 100 illik yubiley gününə qeyri-hökümət təşkilatlarının rəhbərləri və üzvləri, akademiklər, əməkdar artistlər, jurnalistlər də qatılıblar. “Məqsədimiz Heydər Əliyev irsini və onun xidmətlərini cavan nəsilə ötürməkdir. Və bu irs nəsildən nəsilə keçməlidir. Əminəm ki, 100 ildən sonra da, Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə isə, Heydər Əliyev anılacaq”, – birlik sədri Elçin Axundzadə əlavə edib.

Bugün TV

Oxşar xəbərlər

Zelenski “Netflix”in serialında rol aldı

Kəmalə Sultan

“Hikmətin və müdrikliyin təcəssümü” kitabının təqdimatı keçirilib

Bugün TV

Park Cinema-dan 50% ENDİRİM

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu