Sosial

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

Bugun.tv – yə daxil olan məlumata görə  “Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər” İctimai Birliyinin nəzdində fəaliyyət göstərəcək “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” təsis olunub.

Birliyin İdarə Heyətinin üzvü Abdullayeva Ayşən Azər qızı 1 mart 2026-cı il tarixindən etibarən mərkəzin direktoru vəzifəsinə təyin edilib.

Yeni yaradılan qurumun əsas məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən şəxslərə və onların ailələrinə sosial, psixoloji və maarifləndirici dəstək göstərməkdir. Bununla yanaşı, cəmiyyətdə xəstəliklə bağlı məlumatlılığın artırılması, ictimai maarifləndirmə işinin gücləndirilməsi və müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində sosial layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Mərkəz gələcək fəaliyyətində talassemiyalı xəstələrin hüquqlarının müdafiəsi, xeyriyyə aksiyalarının təşkili, sosial dəstək proqramlarının icrası və ictimai kampaniyaların keçirilməsini planlaşdırır. Qurumun fəaliyyətində şəffaflıq, sosial həssaslıq və ictimai həmrəylik prinsiplərinin əsas götürüləcəyi bildirilib.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Vətəndaşın əmək hüquqları pozulur – ŞİKAYƏT

Aynur Camal

“Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir”

Aynur Camal

Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış almaq mümkün olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu