19 C
Baku
8 Sentyabr 2024, 3:52
Digər

QHT rəhbəri Yasəmən Qəyyumlu Milli Mətbuat Günü ilə bağlı jurnalistləri bir araya topladı

Bugun.tv xəbər verir ki, “Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda Milli Mətbuatın yaranmasının 148-ci ildönümü ilə bağlı “Peşəkar Jurnalistlərlə Böyük görüş” adlı tədbir keçirilib.

Tədbirdə millət vəkilləri, QHT rəhbərləri, tanınmış media nümayəndələri, şəhid ailələri və iş adamları iştirak ediblər.

Tədbirin məqsədi təməli “Əkinçi” qəzeti ilə qoyulan və bu gün də davam etdirilən milli mətbuatın keşiyində dayanan media nümayəndələri ilə görüşmək və onların bayramlarını qeyd etmək olub.

Birlik sədri Yasəmən Qəyyumlu çıxışı zamanı bildirib ki, 1875-ci il 22 iyulda görkəmli maarifçi, təbiətşünas alim Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifələr açdı. “Əkinçi” qəzetində dövrün görkəmli alim və ziyalılarının şeirləri, məqalələri  çap olunub, geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunub.

Müstəqillik yolu ilə irəliləyən və hərtərəfli inkişafı edən Azərbaycanda söz və mətbuat azadlığınının təmin olunmasının təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz buna görə də mətbuatın dostu Ulu Öndər Heydər Əliyevin 100 illiyinə töhfə olaraq hər zaman dəqiq, qərəzsiz, lazımı məlumatları və baş vermiş hadisələri ictimaiyyətə çatdıran, otuz illik yurd həsrətindən, döyüş meydanında igidlik göstərən oğulların hünərindən, şəhidlərdən, qazilərin döyüş yolundan, əldə olunan böyük qələbədən yazan peşəkar Jurnalistlərlə bərabər olmağı özümüzə borc bildik.

Birlik sədri jurnalistlərə bu məsuliyyətli və şərəfli peşədə daha böyük uğurlar qazanmağı, azad, müstəqil və bütöv Azərbaycanın xoşbəxt gələcəyindən yazmağı arzulayıb.

Daha sonra jurnalistlərə söz verilib. Onlar mətbuatımızın dünənindən və bu günündən danışıblar, həmkarlarını təbrik ediblər.

Sonda dəvət olunmuş bütün jurnalistlərə “Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai  Birliyi tərəfindən tərəfindən təsis edilmiş “Fəxri Diplom” hədiyyələr təqdim olunub. Mükafata layiq görülənlər arasında Media Tədris Mərkəzinin direktoru, “Bu gün TV Media Qurumu”nun rəhbəri, Əməkdar jurnalist Elnarə Dərziyeva da olub.

Müxbir: İntizar Əmirova 

Bugün TV

Oxşar xəbərlər

İskəndərun limanında 45 milyon ton yük daşındı

Könül Kərimova

Çində 125 milyon il əvvələ aid dinozavrın qalıqları tapıldı

Kəmalə Sultan

“Qoca könlünün həsrəti qəlblərimizi titrədir, doğma Qaraçanta” – Pərvanə İbrahimova yazır…

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu