Bugun.tv xəbər verir ki, “Nurlu Sabah” Gənclərə Qayğı ictimai birliyinin sədri Nicat Xəlilov TEDx Bakının yüzlərlə iştirakçısı olan lisenziyalı canlı tədbirində iştirak edib. Bu barədə QHT sədri məlumat verib. Onun sözlərinı görə, Qlobal TED icmasının bir hissəsi olaraq Türkiyənin məşhur siyasi xadimi Sinan Oğanla debata qatılıb.
Milliyyətcə azərbaycanlı olan türk siyasətçisi gənclik illərini, Sovet Azərbaycanından aldığı ilk məktubu xatırlayarkən öz dövrü ilə bugünkü gəncliyi müqayisə edib. Tərəfmüqabili, canlı səhnəni onunla bölüşməyə cəsarət edən Nicat Xəlilova da uğurlar diləyibdir.
