20 C
Baku
28 İyun 2025, 3:05
Baş xəbər

QHT Sədri  Müşahidə Şurasının və Agentliyin işini müsbət dəyərləndirdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilən 2023-cü il kiçik qrant müsabiqəsinin qalibləri sırasında “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi də yer alıb. Yeni yaradılan Vətəndaş Cəmiyyəti Təşkilatının Sədri Günel Gözəlovanın sözlərinə görə, nəticələr gec açıqlansa da, yetərincə şəffaf və ədalətli olduğu ortadadır:

“Rəhbəri olduğum İB-yin təqdim etdiyi layihədə Sosial (o cümlədən şəhid ailələri, müharibə veteranları, əlilliyi olan və digər həssas qruplara aid şəxslərin sosial problemləri) və iqtisadi məsələlər üzrə mövzuya müraciət etmişdik. “Korporativ Sosial Məsuliyyət  və dövlət qurumları: media və vətəndaş cəmiyyətinin  rolu” adlı layihəmizdə əsas məqsəd sosial fəallıq, həm də sosial problemlərin həlli istiqamətində dövlət qurumlarının öz fəaliyyət istiqamətləri üzrə ata biləcəyi addımlar və etmədikləri, nəticədə vətəndaş və əməkdaş məmnunluğunun aşağı düşməsi, bu istiqamətdə media və vətəndaş cəmiyyətləri ilə işin düzgün qurulmamsı, ya da əksinə layihənin köməkliyi ilə qurulmasıdır. Layihəni təqdim etməzdən öncə 24 illik jurnalist fəaliyyətimdəki təcrübəmə əsaslanıb monitorinq apardım. Bu sahədə boşluqların artan xətt üzrə davam etdiyi nəticəsinə gəldim. Qeyd edim ki, Korporativ Sosial Məsuliyyət təkcə biznes strategiyası deyil, sadəcə biznes maraqları olan şirkətlər, özəl qurumların daha çox marağında olduğu üçün strategiyanın əslində dövlət qurumları üçün daha vacib olduğu ya anlaşılmayıb hələ də, ya da maraqlı olmayıb. KSM-in dərk olunması və tətbiqi isə həm cəmiyyət, həm qurumların, idarələrin əməkdaşları, həm də qurumların özü üçün böyük fayda gətirəcək. Layihəmizin dövlətimiz, vətəndaşımız, xüsusən media üçün faydalılığını gözardı etməyən Müşahidə Şurasına və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdaram. JSİD media nümayəndələrinin dəstəyi və iştirakı ilə hələ böyük işlər görəcək”.

Bugün TV

Oxşar xəbərlər

Meşə yanğını baş verdi

Bugün TV

Bidzina İvanişvili Baş nazir postuna namizəd olmayacağını bildirdi

İntizar Əmirova

Ov tüfəngi və narkotik vasitələr saxlayanlar aşkar edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu