7 C
Baku
9 Fevral 2026, 12:04
Sosial

QHT sədri Yasəmən Qəyyumlunun təşəbbüsü ilə “Məktəbli məktəbə getsin” layihəsinin icrası davam edir

İmişli rayonunda aztəminatlı ailələrin övladlarına məktəbli formaları və ləvazimatları təqdim olunub.

Sentyabrın 8-də İmişli Rayon İcra Hakimiyyətinin təşəbbüsü , “Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyinin təşkilati dəstəyi ilə İmişli rayonunda yaşayan aztəminatlı ailələrin övladlarına məktəbli geyimləri və ləvazimatları təqdim olunub.

Tədbirdə İmişli Rayon İcra Hakimiyyəti, İmişli Rayon Təhsil Sektoru və “Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyin məsul əməkdaşları, məktəblilər və onların valideynləri iştirak ediblər.

Aksiyanın çərçivəsində 50 aztəminatlı ailənin övladları yeni məktəbli formaları və dərs ləvazimatları ilə təmin olunublar.

İcra Hakimiyyətinin məsul əməkdaşı Məhəmməd Sarıyev və İctimai Birliyin sədri Yasəmən Qəyyumlu tədbirdə çıxış edərək uşaqlarımızın dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayıb, təhsil sahəsində Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər.

Sonda şagirdlərə dərslərində daha fəal və çalışqan olmağı tövsiyə edərək yeni dərs ilində onlara uğurlar arzulayıblar. Valideynlər göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.

Fərid Səfərov

Birliyin mətbuat katibi

Mənbə: Merhemet.Tv

Aynur Camal

Oxşar xəbərlər

Ekspertlər: mədə yanmasını təkcə acı və yağlı yeməklər yaratmır

Aynur Camal

Moda 2026: Gen Z 2000-ci illərin aktiv geyim üslubunu yenidən populyarlaşdırır

Aynur Camal

“Gənclər Azərbaycanın inkişafında aparıcı qüvvədir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu