11 C
Baku
12 Mart 2025, 18:23
Baş xəbərDünya

QHT Sədri Agentlikdən danışdı: “Biz də qalib olduq” 

Bugun.tv-xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilən 2025-ci il kiçik qrant müsabiqəsinin qalibləri sırasında JSİD – Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyi də var.

Vətəndaş Cəmiyyəti Təşkilatının Sədri, tanınmış telejurnalist Günel Gözəlovanın sözlərinə görə, nəticələr yetərincə şəffaf və ədalətlidir: “Rəhbəri olduğum vətəndaş cəmiyyəti olaraq bu dəfə də sosial (o cümlədən şəhid ailələri, müharibə veteranları, əlilliyi olan və digər həssas qruplara aid şəxslərin sosial problemləri) məsələlər üzrə mövzuya müraciət etmişdik. İB-yin təqdim etdiyi “Yaşatmaq uğrunda” layihəsində uşaq evlərində böyüyən, valideyn himayəsindən məhrum olan, şəhid ailələrindən olan 16-17 yaşlı qız uşaqları əsas hədəf qruplarıdır. Həm maarifləndirmək, həm də sevgi, dəstək hisslərini aşılamaq ən vacib qayəmizdir. Bugünəcən icra etdiyimiz 3 böyük layihədə həm ilk, həm nümunə olduq. Bu dəfə də belə olacaq. Aylar öncə təqdim etdiyimiz müsabiqəyə təqdim etdiyimiz “Yaşatmaq uğrunda” layihəsinin dövlətimiz, vətəndaşımız, xüsusən sosial həssas quruplar üçün faydalılığını gözardı etməyən Müşahidə Şurasına və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdaram. JSİD media nümayəndələrinin dəstəyi və iştirakı ilə hələ böyük işlər görəcək”.

Mənbə: Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq etdi

Bugün TV

Məsud Pezeşkiyan Azərbaycanın baş naziri Əsədovu türk dilində qarşıladı

Aynur Camal

Covid-19-un Çin laboratoriya insidentindən qaynaqlandığı təsdiqləndi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu