3 C
Baku
14 Dekabr 2025, 8:35
Baş xəbər

“Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyası davam edir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir.

Bu barədə  AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, kampaniya çərçivəsində hazırlanan növbəti videoçarxda şuranın üzvü, “Azprotein Foods” MMC-nin sədri Vüsal Qafarlı heyvanlara baytarlıq nəzarətinin əhəmiyyətindən və bunun insan sağlamlığına təsirlərindən bəhs edir.

Qeyd edilib ki, “Fermadan süfrəyə” prinsipi üzrə izlənilmə sistemlərinin rəqəmsallaşdırılması heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, qarşısının alınmasına və məhsulun mənşəyinin tam şəffaf şəkildə izlənilməsinə şərait yaradır.

“Heyvanların identifikasiyası və qeydiyyatı sistemi vasitəsilə hər bir heyvana hansı vaksinlərin, baytarlıq preparatlarının tətbiq edildiyi və digər mühüm məlumatlar dəqiq şəkildə qeydə alınır və izlənir.

“Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir. Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq”,- deyə AQTA şüar yayıb.

Mənbə: AZƏRTAC

Aynur Camal

Oxşar xəbərlər

Slovakiya təbii qaz üçün Türkiyənin qapısını döydü

Aynur Camal

Sabah Ramazan ayının 29-cu günüdür

Elnarə Dərziyeva

ABŞ muzdluları Kurska girdilər, bayraq qaldırdılar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu