10 C
Baku
12 Dekabr 2024, 14:40
Baş xəbərHadisə

Qida zəhərlənməsi olduy: 18 nəfər xəstəxanaya yerləşdirildi

Bugun.tv xəbər verir ki, Bartında orta məktəb binasının yanındakı restorandan naharda toyuq dönəri yeyən 10-u tələbə olmaqla 18 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Axşam saatlarında ürəkbulanma və qusma şikayətləri olan lisey şagirdləri və valideynlər şəxsi avtomobilləri ilə Bartın Qadın Xəstəlikləri və Uşaq Xəstəxanasına gəldi. Zəhərlənənlər arasında olan hamilə qadının xəstəxanada müalicəsi davam edir. Bartın Kənd Təsərrüfatı və Meşə İl Müdirliyi qrupları restorana gedərək araşdırma üçün şagird və vəlilərin yedikləri toyuqdan nümunələr götürdü.

TRT Haberin məlumatına görə, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Tarixi mehmanxanada yanğın

Bugün TV

Rəşad Dağlıya hökm oxundu

Nigar Məmmədova

“Güven bana” komediya filmi yalnız CinemaPlus-da

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu