27 C
Baku
2 İyul 2025, 15:44
Baş xəbərHadisə

Qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya 30 nəfər müraciət etdi

Bugun.tv xəbər verir ki, Sakaryanın Sapanca rayonunda şadlıq evində paylanan yeməkdən 30 nəfər zəhərlənib. Mərasimdən əvvəl şadlıq evində qonaqlara plov, toyuq və ayran təqdim olunub. Şam yeməyindən sonra Sapanca Bələdiyyəsi Toy Salonunda təşkil edilən mərasimə qatılan bəzi qonaqlar ürəkbulanma, başgicəllənmə və halsızlıqdan şikayət etməyə başlayıb. Xəbərdarlıq üzərinə hadisə yerinə sağlamlıq qrupları sövq edilib. Xəstələrdən bəziləri öz imkanları ilə, digərləri isə 112 Təcili Tibbi Yardım qrupları tərəfindən Sapanca Dövlət Xəstəxanasına aparılıb. 30 nəfər müalicə altına alınıb.

TRT Haberin məlumatına görə, qonaqların xəstəliyi səbəbindən toy mərasimi erkən başa çatıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Motosiklet aşıb: 1 uşaq öldü, 2 uşaq yaralandı

Teymur Əziz

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 17 nəfər saxlanıldı

Aynur Camal

Rusiya Prezidenti başsağlığı verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu