8 C
Baku
12 Dekabr 2024, 13:51
Dünya

Qırmızı dənizdə gərginlik artır… Husilər İsrailə gedən Yunan gəmisini bağışlamadı

Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə İsrailə gedən yunan şirkətinə məxsus “Tutor” adlı gəmini batırdıqları anın görüntülərini yayımlayıb.

Qəzzaya dəstək məqsədilə dünyanın ən mühüm ticarət yollarından biri olan Qırmızı dənizdə gəmiləri hədəfə alan Yəməndəki husilər Yunan gəmisini batırıb.

Husilərin hərbi sözçüsü Yəhya Seri sosial media hesabında gəminin “İsrail limanlarına girişin qadağan edilməsi” qərarını pozduğu üçün hədəf alındığını bildirib.

Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdən İsrailə keçərkən batırdıqları “Tutor” adlı gəmiyə hücumun görüntülərini paylaşıblar.

Seri Yunanıstan şirkətinə məxsus Liberiya bayraqlı gəmiyə “iki silahlı insansız dəniz vasitəsi ilə hücum edildiyini” bildirib.

Yəhya Seri “Daha böyüyü gələcək, daha çoxumuz var” dedi. Tutor adlanan gəminin əsas göyərtəsinə və orta hissəsinə edilən hücumun qeydləri gəminin vurduğu zərərin həcmini ortaya qoyur. Gəmi zədələndiyi üçün ötən gün batıb.

Yəməndə İranın dəstəklədiyi husilər, İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq 31 oktyabr 2023-cü il tarixindən etibarən İsrail şirkətlərinə bağlı olduqlarını dedikləri Yəmən sahillərində ticarət gəmilərini ələ keçirir və bəzilərinə hücumlar təşkil edir.

Husilərin hərəkətləri səbəbindən bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.

ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı “Rəfahın Mühafizəçisi” adlı çoxmillətli “dəniz işçi qrupu” yaradıldığını açıqlayıb.

ABŞ və İngiltərənin Yəməndə nəzarəti altında olan bölgələrə hücumlarından sonra husilər bu ölkələrin bütün gəmilərini hədəf alacaqlarını açıqlayıblar.

Mənbə: TGRT

Oxşar xəbərlər

Blinkendən Ukrayna və Qəzza ilə bağlı açıqlamalar

Şükufə Ramizqızı

Makrondan istefa sualına cavab gəldi

Aynur Camal

Bildiyimiz kəklikotu bir çox xəstəliyin dərmanı çıxdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu