Baş xəbərKriminal

“Qırmızı kitab”a daxil olan bitkilər qanunsuz kəsildi

Bugun.tv xəbər verir ki, Polis əməkdaşları tərəfindən ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması istiqamətində Astara rayonu ərazisində keçirilən növbəti tədbirlər zamanı “Qırmızı kitab”a daxil olan bitkilərin kəsilərək daşınması və yerin təkindən qanunsuz istifadə halları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı Cəlilabad rayon sakini E.Əliyevin idarə etdiyi “Ford Transit” markalı avtomobil saxlanılıb.

Həmin nəqliyyat vasitəsinin yük yerinə keçirilən baxış zamanı oradan “Qırmızı kitab”da “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aid olan 16 min 800 ədəd “Budaqlı danaya” bitkilərinin budaqları aşkarlanıb.

Həmin fakt üzrə təbiətə 4200 manat ziyan vurulduğu müəyyən edilib. Bundan əlavə, Astara rayonu ərazisində saxlanılan “QAZ-66” markalı avtomobilin yük yerindən isə qanunsuz olaraq kəsilmiş müxtəlif növ ağacların qalıqları aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl və qarışıq süxurların daşınmasının hallarına qarşı keçirdikləri ardıcıl yoxlama-nəzarət tədbirləri nəticəsində isə təkcə son 1 həftə ərzində 15 fakt aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Aynur Camal

Oxşar xəbərlər

Şəhid Kamil Şirinovun mövludu qeyd olunub

Nigar Məmmədova

Prezident Konqo Respublikasını təbrik etdi

Aynur Camal

Boksçularımız xarici ölkələrin milliləri ilə hazırlıq keçir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu