Bugun.tv xəbər verir ki, Masallı rayonu Təklə kəndində evlərin birində 44 yaşlı Məmmədova İlkanə Müseyib qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət hadisəsini törətməkdə şübhəli bilinən şəxs qadının həyat yoldaşı 47 yaşlı Məmmədov Yalçın Habil oğlu olduğu müəyyən edilib. O, cinayət hadisəsini törətdikdə sonra özünə kəsici alətlə xəsarət yetirib. Daha sonra xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
