17 C
Baku
27 Oktyabr 2025, 0:59
Dünya

Qızı dünyaya gələndən bir neçə saat sonra bir jurnalist şəhid oldu

Fələstinli jurnalist Yəhya Sübeyh Qəzza şəhərinin qərbində restoranı bombalaması nəticəsində baş verən qırğında şəhid olub.

Yerli xəbər agentliyində çalışan Sübeyhin şəhadəti İnstaqram hesabında yeni doğulmuş qızını qucağında çəkdirdiyi şəklini paylaşdıqdan bir neçə saat sonra baş verib.

Şəhid Sübeyh foto paylaşımında bunları paylaşıb: “Dünyamız balaca şahzadə tərəfindən işıqlandı. Dəyərli qızımızın gəlişi ilə bizi şərəfləndirən Allaha şükürlər olsun. Allah onu saleh övladlardan qərar versin, gözümüzün nuru etsin” deyib.

Sosial mediada yayılan qətliam görüntülərində Sübeyhin cəsədi yeni doğulan qızının yanında fotodakı kimi paltarda görünür.

Qəzza Hökumətinin Media Ofisinin məlumatına görə, 7 oktyabr 2023-cü ildə başlayan soyqırımdan sonra Qəzzada öldürülən jurnalistlərin sayı 214-ə çatıb.

Qəzza Hökumət Ofisi bu səhər Qəzzanın şərqindəki Tufa məhəlləsindəki bombalı hücumda jurnalist Nurəddin Mətar Abdunun şəhid olduğunu açıqlayıb.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Krathon tayfunu sürətlə yaxınlaşır! İnsanlar həyəcan vəziyyətindədir

Aynur Camal

Təyyarənin takla atması fəlakətlə bitdi!

Aynur Camal

İnsanları qorxu bürüdü, “Boeing 737 MAX ilə uçmaqdan necə çəkinməli”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu